İdman

Azərbaycan millisinin iki boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycan millisinin iki boksçusu Macarıstanın Debretsen şəhərindəki beynəlxalq turnirə qələbə ilə başlayıb.

“Zirvə yolu” Federasiyadan verilən məlumata görə xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov 1/8 final mərhələsində slovakiyalı Tibor Katona ilə üz-üzə gəlib.

Döyüş Hüseynovun 3:2 (28*:28, 29:28, 30:27, 28:28*, 28:29) hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda Qabor Virbanla (Macarıstan) qüvvəsini sınayacaq.

Yığmanın digər boksçusu Rəşid Həsənov (71 kq) isə qırğızıstanlı Sirqak Uulu Abdijaparı yarışdan kənarlaşdırıb. O, rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:25) hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Həsənov ikinci döyüşündə Yermanxan Jakpekovla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yarışda 26 ölkədən 294 boksçunun qatıldığı turnirin üçüncü günündə Azərbaycan yığmasının 3 idmançısı rinqə çıxacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir