Manşet Siyasət

Heydər Əliyev Fondunun humanitar yardımını aparan təyyarə Türkiyəyə çatıb – YENİLƏNİB 2

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Heydər Əliyev Fondundan deyilib.

Bildirilib ki, faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıran xüsusi təyyarə bu gün Türkiyəyə eniş edib. Türkiyəyə ezam edilən Fond əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdırıb.

“Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd etmiş, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulamışdır.

Heydər Əliyev Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir”, – Fondun açıqlamasında vurğulanıb.

05:14

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən humanitar yardım aparan təyyarə Türkiyəyə çatıb.

“Zirvə yolu” xəbər verir ki, bu şəhərdəki hava limanında humanitar yardımın qarşılanmasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak edir.

Humanitar yardıma Türkiyədə zəlzələdən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər daxildir.

Fondun Türkiyəyə ezam edilən əməkdaşları zəlzələ bölgəsində faciədən zərərçəkmiş vətəndaşlara humanitar yardım çatdıracaq.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd edib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.

01:51

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, qardaş Türkiyədə zəlzələ qurbanlarına humanitar yardım aparan xüsusi təyyarə yaxın dəqiqələrdə Qaziantep hava limanına yola düşüb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.

Bildirilib ki, yük təyyarəsi faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən 36 ton humanitar yardımı aparır. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və digər tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.

Fondun Türkiyəyə ezam olunan əməkdaşları yardımı faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdıracaqlar.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir