“Yaylağa 2 gün tez gəldiyimizi deyib, bizə 1000 manat cərimə yazdılar” – Nazirlikdən ŞİKAYƏT
Naxçıvan şəhər sakini Qasımov Hünər Məhəmməd oğlu tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçi ona qanunsuz olaraq cərimə yazıldığını iddia edir:
“Mən, Qasımov Hünər Məhəmməd oğlu, yazaraq bildirirəm ki, bir neçə ildir sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Biz heyvanların yay otlaq sahəsi üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edirik. Onlar da bizə yaylaqda heyvanlarımızın otlaması üçün otlaq sahəsi ayırır. Bunun qarşılığında isə bizdən yaylaq sahəsinin otlanması üçün pul tələb edirlər. Biz də deyilən məbləği ödəyir, sonra isə yaylaq mövsümündə yaylağa gedirik.
2022-ci il quraq keçdiyi üçün yaylağa 2 gün tez getmişik. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri yaylağa gəlib, 2 gün tez gəldiyimizi bildirdilər və 1000 manat məbləğində cərimə protokolu yazdılar. Lakin bizə yaylaq mövsümünün nə vaxt başlaması haqqında öncədən məlumat verilməyib.
Sonra mən Naxçıvan şəhər Məhkəməsinə müraciət etdim. Mənə yazılan protokola görə cəriməni məcburən ödəməli olduğumuzu bildirdilər. Sonra isə Babək rayon Məhkəməsinin işçiləri bizi cəriməni ödəməyə məcbur etdi və biz də məcbur olub ödədik.
Sizdən xahiş edirəm ki, bizə olunan bu haqsızlığın qarşısının alınmasında və pulumuzun geri qaytarılmasında köməklik göstərəsiniz”. //Hurriyyet.az//[center][img]https://millitv.az/uploads/posts/2023-02/ekologiya-ve-tebii-servetler-nazirliyi-etsn.jpg[/img][/center]
Naxçıvan şəhər sakini Qasımov Hünər Məhəmməd oğlu tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçi ona qanunsuz olaraq cərimə yazıldığını iddia edir:
“Mən, Qasımov Hünər Məhəmməd oğlu, yazaraq bildirirəm ki, bir neçə ildir sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Biz heyvanların yay otlaq sahəsi üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edirik. Onlar da bizə yaylaqda heyvanlarımızın otlaması üçün otlaq sahəsi ayırır. Bunun qarşılığında isə bizdən yaylaq sahəsinin otlanması üçün pul tələb edirlər. Biz də deyilən məbləği ödəyir, sonra isə yaylaq mövsümündə yaylağa gedirik.
2022-ci il quraq keçdiyi üçün yaylağa 2 gün tez getmişik. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri yaylağa gəlib, 2 gün tez gəldiyimizi bildirdilər və 1000 manat məbləğində cərimə protokolu yazdılar. Lakin bizə yaylaq mövsümünün nə vaxt başlaması haqqında öncədən məlumat verilməyib.
Sonra mən Naxçıvan şəhər Məhkəməsinə müraciət etdim. Mənə yazılan protokola görə cəriməni məcburən ödəməli olduğumuzu bildirdilər. Sonra isə Babək rayon Məhkəməsinin işçiləri bizi cəriməni ödəməyə məcbur etdi və biz də məcbur olub ödədik.
Sizdən xahiş edirəm ki, bizə olunan bu haqsızlığın qarşısının alınmasında və pulumuzun geri qaytarılmasında köməklik göstərəsiniz”. //Hurriyyet.az//