Bakıda qətl törədilib, hadisəni törətməkdə şübhəli billinən şəxs bunu hüquq-mühafizə orqanlarına intihar kimi təqdim edib.
“Zirvə yolu”nun əldə etdiyi məlumata görə, bu gün Xətai rayonunda evlərdən birində 1977-ci il təvəllüdlü Solmaz Mansurova 15 yaşlı oğlu tərəfindən qətlə yetirilib.
Daha sonra yeniyetmə hüquq-mühafizə orqanlarına zəng vuraraq anasının intihar etdiyini bildirib. Polis əməkdaşları hadisə yerinə yollanıb.
Araşdırmalarla qətlin mərhumun oğlu tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polisin keçirdiyi tədbirlərlə 2007-ci il təvəllüdlü şübhəli tutularaq istintaqa təhvil verilib.