Manşet Siyasət

FHN Türkiyəyə növbəti yardım göndərib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə göndərdiyi yardım karvanı yola salınıb.

“Zirvə yolu”nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb.

Yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir. Avtomobil karvanı mümkün qədər qısa vaxtda təyin olunan ünvana çatacaq.

Qeyd edək ki, Bakıdan gələn yardım karvanı Gəncədən keçməklə Bakı-Qazax-Gürcüstan magistral yolu ilə qardaş ölkəyə göndərilib. Yardım karvanı xüsusi təyinatlı 16 nəqliyyat vasitəsindən ibarətdir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir