Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov vəfat edib.
“Zirvə yolu” xəbər verir ki, XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu barədə məlumatı təsdiqləyib.
Qeyd edək ki, F. Qurbanov indiyədək bir sıra ölkələrdə səfir vəzifəsində çalışıb O, dövlət başçısının ötən il imzaladığı sərəncamı ilə Azərbaycanın Xorvatiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.