İqtisadi zonaların İnkişafı Agentliyi əmlakın mühafizə ilə bağlı tenderə yekun vurub.
DİA.AZ xəbər verir ki, tender elanı “Sumqayıt Kimya Sənaye Parkının 167,66 hektar, 127,96 hektar, Pirallahı Sənaye Parkının 30 hektar, “Azəralüminium” ASC-nin istifadəsində olan Sumqayıt şəhəri, Metallurgiya küçəsi 1 ünvanında yerləşən 67,35 hektar və Sumqayıt Kimya Sənaye Parkının qərb sərhədi boyunca yerləşən 8,05 hektar (3,92 hektar və 4,13 hektar), həmçinin Neftçala, Hacıqabul, Sabirabad və Masallı sənaye məhəllələrində, həmçinin Agentliyin Nəsimi rayonu, Bülbül prospekti 20 ünvanında yerləşən inzibati binasının (axşam saat 18:00-dan səhər saat 09:00-a dək) 2022-ci il üçün əmlakın mühafizəsi üzrə iş və xidmətlərin satın alınması” ilə bağlıdır.
Qalib şirkət “Kapital Security” QSC (VÖEN: 1502510461) seçilib və həmin şirkətlə 268 527 manatlıq tender müqaviləsi imzalanıb.
“Kapital Security” daha öncə ATU-nun 155 007 manat dəyərindəki “2023-cü il üçün mühafizə xidmətlərinin satınalınması” tenderinin qalibi olub (10.01.2023).
Onu da qeyd edək ki, adətən dövlət qurumlarının mühafizə işlərinin tək icraçısı kimi diqqətə gələn “Kapital Security” ilə bağlı elə də yetərli bilgilər olmasa da, ƏSAS TENDERYƏN MAHFİZƏÇİ statusunun alması bu qurumun arxasında ciddi dairələrin dayanmasından xəbər verir. Hər halda, Azərbaycanda tender işlərinin necə həıyata keçirildiyini əksəriyyət yaxşı bilir.
DİA.AZ onu da bildirir ki, “Kapital Security” QSC 17.02.2014-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 manat olan QSC-nin qanuni təmsilçisi Quliyev Elmar Ramiz oğludur.
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…