Dünya Manşet

“Məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur” – Video

Hatayın Antakya rayonunda zəlzələ nəticəsində dağılan binanın altından 138 saat sonra çıxarılan Emine Doğulunun sözləri diqqət çəkib.

Zirveyolu.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı qadının təcili yardım xidmətinin işçiləri ilə söhbəti hər kəsin marağına səbəb olub. Belə ki, o, təcili və təxirəsalınmaz tibbi yardım avtomobilində olarkən “Qurban olum, məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur” sözlərini deyib. Bunun qarşılığında tibbi personal ona ən yaxşı xidməti göstərəcəyini bildirib.

Emine Doğulu təcili yardım maşını ilə səhra xəstəxanasına yerləşdirilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir