Cəmiyyət

Xalıqverdi Hüseynovun vəzifəsindən azad edilməsinin əsl səbəbləri məlum oldu – İLGİNC

Məlum olduğu kimi fefralın 6-da Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin əmrinə əsasən, Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov vəzifəsindən azad edilib. Bəzi kütləvi informasiya vasitələri onun işdən çıxarılmasını pensiya yaşının çatması ilə əlaqələndirirlər. Amma əslində isə Xalıqverdi Hüseynov pensiya ilə əlaqadar deyil, rəhbəri olduğu qurumda bir çox özbaşınalıqlara yol verdiyinə görə vəzifəsindən atılıb. Bu ozbaşınalıqlar təkcə ayrı-ayrı rayonlarda meşələrin kütləvi şəkildə qırılmasından ibarət olmayıb. Əldə etdiyimiz məlumatlara görə burada daha ciddi narazılıqlar yaradan səbəblər olub.

Qeyd edək ki, Dövlət Meşə fondu torpaqları müstəsna hallardan başqa toxunulmazdır. Belə olduğu halda, görəsən Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinində kimə güvənib bu dərəcədə cinayətlərə yol verilir? Belə ki, regionda yaşayan çoxsaylı mənbələrimiz Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin bir neçə meşə dolaylarında kənd təsərrüfatı bitkilərinin əkildiyini bildiriblər. Onlar həmin əkinlərin əsasən taxıl bitkiləri olduğunu qeyd ediblər.

Məsələn, yerli sakinlər Oğuz rayon Qarabulaq kəndinin yanında dövlət meşə fondu torpaqlarında qanunsuz 100 ha, Mollalı kəndi yaxınlığında 4 ha, Qumlaq kəndi yaxınlığında 6 ha, Bayan kəndi yaxınlığında 30 ha sahədə buğda və arpa bitkilərin əkildiyini aşkar ediblər.

Bəs görəsən Meşələrin İnkişafı Xidmətinin 13 aprel 2022-ci il tarixli 137/EM saylı əmri niyə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində icra olunmayıb? Yəni, qanunsuz əkin, biçənəklər aşkar olunub araşdırılmadı. Mənbələrdən aldığımız məlumata görə, bu işin başında duranlardan da biri və ən birincisi də Meşələrin Inkişafı Xidmətinin keçmiş rəisi Xalıqverdi Hüseynov olub.

Deyilənə görə sözügedən Mərkəzdə Azərbaycanın digər regionlarında olduğu kimi, hər hektarı dövlət meşə fondu torpaqları sahibkar və vətəndaşlara standart olaraq 400 manata satılır.

Xalıqverdi Hüseynovun vəzifəsindən azad edilməsinin əsl səbəbləri məlum oldu

Qəbələ rayonun Həmzəli kənd sakinlərinin meşə cinsli ağacların məhv edilməsilə bağlı verdiyi məlumat isə daha dəhşətlidir. Fakt bundan ibarətdir ki, Qəbələ rayonun Bum meşəbəyliyinə məxsus Həmzəli meşəsində son 1 il ərzində sözün əsl mənasında əsasən palıd və fıstıq ağaclarının “qətliyamı” baş vermişdir. Belə ki, sözügedən ərazidən kütləvi surətdə ETSN Şəhərlərarası Nəqliyyat Depertamentinin region üzrə kuratoru Elsevər bəyin kirayələdiyi yük maşınları sayəsində yaxın və uzaq taxta sexlərinə Həmzəli meşəsindən 1460 ədəd iri və ortadiametrli qiymətli meşə cinsli ağaclar işlik material kimi ETSN-nin texniki işçiləri tərəfindən standart doğranaraq daşınmışdır. Məlumatlı mənbə onu da bildirmişdir ki, ETSN işçilərinin belə arxayınçılıqla günün günorta vaxtı belə cinayətləri törətməsinə rəvac verən faktorlardan biri də kütləvi kəsilən ağacların quru və xəstə kimi sənədləşdirilməsidir. Yəni ərazidə kütləvi qırılan meşə zonası cənab X.Hüseynovun birbaşa xeyir-duasından sonra sanitar ərazi kimi aktlaşdırıldıqdan sonra məhvinə start verilmişdir. Amma bu bədbəxtlər bir məsələni yaddan çıxarmışlar. Belə ki, kəsilmiş orta gövdəli paıd və fıstıq ağaclarını sənədlərdə quru qovaq ağacları kimi göstərərək damğalama işləri aparsalar da, yerli ETSN işçilərindən fərqli olaraq kənd sakinləri bildirilər ki, axı biz bilirik ki, əzəmətli palıd və fıstıq ağacları heç vaxt qırılma sahəsinə aid ola bilməz. Digər tərəfdən belə qiymətli meşə cinsli ağacların ETSN işçiləri tərəfindən şüurlu və ya şüursuz şəkildə damğalanaraq sənədləşməsi özü ən ağır cinayət hesab olunmalıdır.

Bəs görəsən cənab Xalıqverdi Hüseynovu regionlarda belə qanunsuz hərkətlər etməyə sövq edən səbəb nə olub? Qısa araşdırmalarımızdan məlum olmuşdur ki, keçmiş kolxoz sədri Meşələrin İnkişafı Depertamentinin sədri olarkən Xalıqverdi Hüseynov regionlardakı meşə fondlarında pul çıxan işlərin ağına-bozuna baxmadan intensiv sürətdə həyata keçirilməsinə göstəriş vermişdir. Təbii ki, cənab nazir Muxtar Babayevin də belə özbaşnalıqlardan xəbəri olmamış deyildir. Elə son dövrlər elektron media resurslarının regionlarda meşələrin kütləvi şəkildə qırılması ilə bağlı yaydıqları təkzibolunmaz foto-video faktlar kifayət edər ki, Xalıqverdi Hüseynovun barəsində lazımı ölçü götürülsün. ETSN Dövlət Ekoloji Təlükəsizlik Dölət Agentliyinin sədri Hikmət Əlizadə azından bu özbaşnaığın qarşısını alardı. Doğudur, cənab H.Əlizaənin başı 6 aydır ki, ailə üzvlərindən birini ciddi xəstəliyinin malicəsi ilə başı qaışıqdır. Bir ayağı Türkiyədə, o biri ayağı Bona DEE hosptalının 6-cı mərtəbəsində həkim Altay Əliyevin qapılarında qalıbdır. Allah kömyi olsun. Bu fürsətdən yaxşca istifadə edən onun müavini olan qəssab Məhəmmədin oğlu Bəhruz da bütün Azərbaycan üzrə qanunsuz kömür istehsalından tutmuş, qiymətli ağacların satılmasınadək gəlir gətirən sahələr üzrə Regional Meşə Təsərrüfatı Mərkəzlərinə aylıq norma qoymuşdur. Əməl etməyənləri isə sifarişlə ciddi yoxlamalara məruz qoymuşdur ki, “ağıllı” olsunlar. Yəni, kişilər qulluq mövqelərindən süi-istifadə etməklə pul qazanırlar.

Doğrudur, biz mətbu orqan olaraq yerli və yuxarı Prokurorluq orqanlarından son iki ildə dəfələrlə təbii sərvətlərimizə qarşı törədilən bu kimi çoxsaylı cinayət faktlarının nəzarətə götürüb araşdırma aparılıb və yekun nəticə barəsində ictimaiyyətə məlumat verilməsi xahişləri etsək də, hər dəfə Baş Prokurorluğun müraciətlər şöbəsinin rəisi cənab Yadigar Aslanlı səviyyəsində redaksiyamıza formal cavab məktubları göndərilib. Və bu məktublarda ETSN rəhbərliyindən məsələnin araşdırılması xahiş olunub. Təbii ki, ETSN rəhbəri cənab Muxtar Babayev də belə rəsmi məktubları ovucunun içində ovxalayaraq masasının altındakı zibil qutusuna atmaqdan bezərək, çoxsaylı narazılıqlar yaratdığına görə Xalıqverdi Hüseynovu vaxtından əvvəl vəzifəsindən azad etməyə məcbur olub. Səbəb kimi isə pensiya yaşının çatması göstərilib. Amma bu səbəb deyil. Bu gün ETSN-də pensiya yaşını keçmiş, amma hələ də vəzifə başında olan azmı məmur var?

Aktualnfo.org

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir