İqtisadiyyat Manşet

Hacıqabul və Qaradağda suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün Hacıqabul rayonunun Qızılburun və Atbulaq, Bakının Qaradağ rayonunun Ələt, Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Zirvə yolu” xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilir ki, məhdudiyyətlər 1-ci Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədardır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir