“Hazırda Kahramanmaraşda epidemiloji və yoluxucu xəstəlik yoxdur”.
“Zirvə yolu”nun xəbərinə görə, bunu Türkiyənin səhiyyə nazirinin müavini Tolqa Tolunay jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, zəlzələnin baş verdiyi ərazilərdə lazımi tədbirlər görülür: “Hazırda ərazidə işlər davam etdirilir. İnanırıq ki, yoluxucu xəstəliklər olmayacaq. Hazırda əlimizdən gələn hər şeyi edəcəyik”.
“Qardaş ölkə olaraq Kahramanmaraşda olmağınızdan çox xoşbəxtik. Bu çətin vaxtlarda bizim yanımızda göstərdiyiniz birlik və bərabərlik bizim üçün çox önəmlidir. Siz bizim, biz də sizin yanınızdayıq. Biz qardaşıq, birlikdə güclüyük. Bu çətin günləri birlikdə arxada qoyacağıq”, – T.Tolunay bildirib.