Türkiyədə, Adıyamanda yaşayış binasının dağıntıları altından 77 yaşlı Fatma Güngör zəlzələdən 212 saat sonra xilas edilib.
Bu barədə “Zirvə yolu” “Anadolu”ya istinadən xəbər verir.
Güngör təcili yardımla xəstəxanaya aparılıb.
Qeyd olunur ki, “Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən zərər çəkən Adıyamanda dağılmış binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.
İki zəlzələ, həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.