İranın İlam əyalətinin Dehloran şəhərində etirazçılarla İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası olan bəsic qüvvələri arasında silahlı atışma nəticəsində 4 nəfər yaralanıb.
“Zirvə yolu” xəbər verir ki, məlumatı “Azad İran” yayıb.
Bildirilib ki, etiraz aksiyaçılarına və dinc əhaliyə divan tutan yarımhərbi və radikal bəsic qüvvələri aksiya keçirmək istəyən gənclərə atəş açıb. Bu səbəbdən azadlıqsevərlər qarşı tərəfə cavab verib.
Atışma nəticəsində iki gənc və iki bəsici yaralanıb.