Cəmiyyət Xəbər

Rövşən Bağırov da özünə MİNİ-XANLIQ QURUB… – İTTİHAM VAR!

İcra başçıları üçün artıq QARA KABUSA çevrilən MALİYYƏ NAZİRLİYİ XOFU davam etməkdədir. Qeyd edık ki, iki gün əvvəl Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Biləsuvar və Ağcabədi Rayon İcra Hakimiyyətlərində, Biləsuvar Şəhər Ərazi Nümayəndəliyi və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında əsassız ödəmələr aşkar etdiyi məlum oldu.

DİA.AZ bildirir ki, bu barədə Maliyyə Nazirliyindən rəsmi qaydada məlumat verildi. Xəbərə görə, vətəndaş müraciətlərinə əsasən, sözügedən qurumlarda yoxlama aparılıb. Nəticədə 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub.

Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Qeyd edək ki, əslində bu faktlar sözügedən icra hakimiyyətlərindəki mənimsəmlərin cüzi bir hissəsidir və əsas yeyinti faktlarını təbii ki hüquq-mühafizə orqanları üzə çıxaracaq.

Bu arada DİA.AZ-a daxil olan informasiyalardan belə aydın olur ki, Biləsuvar və Ağcabədi ilə yanaşı, Ağsunun icra başçısı üçün də arzuolunmaz dönəmə start verilib.

Bu barədə redaksiyamızı bilgiləndirən raayondakı mənbə iddia edir ki, bu ilin may ayında Ağsu “hökmranlığını” qeyd etməyə hazırlaşan Rövşən Bağırov bu rayonda özünə əməlli-başlı XANLIQ qurub. Qaynaq dia.az-a yazır:

“Rövşən Bağırov da Ağsunu Vasif Talıbov Naxçıvanı idarə etdiyi kimi idarə edir. Diqqət yetirin, ondan şikayət-filan da yoxdur. Hamısı yerindəcə boğulur. Adam özünə rayonda balca XANLIQ da qurub”.

Amma buna rəğmən bütün “balaca padşahların” sonunun çatdığını deyən mənbə Ağsuda da Maliyyə Nazirliyi tərəfindən təftişin həyata keçirildiyini iddia edib: “Bu yoxlamalar nəticə verəcək. Hər halda ağsulular ümid edir…”

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir