İqtisadiyyat

Xaçmazda qaz təchizatı məhdudlaşdırılıb

Xaçmaz rayonunun qaz təchizatında məhdudiyyətlər yaranıb.

“Zirvə yolu” Xaçmaz regional qaz istismarı idarəsindən verilən məlumata görə xəbər verir ki, rayonun Maqsudkənd kəndi ərazisində yeni çəkilmiş qaz xəttinin istismarda olan yeraltı qaz kəmərinə qoşulması ilə əlaqədar Xudat şəhərində və ətraf kəndlərdə 9 500 abonentə “mavi yanacağ”ın verilişində fasilələr yaranıb.

Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi yaranmış fasilə ilə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir