“Azərbaycan Hava Yolları” QSC (AZAL) mayın 9-dan Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edəcək.
“Zirvə yolu” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, aviareyslər həftədə 2 dəfə – çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi www.azal.az saytında tanış olmaq mümkündür.