Cəmiyyət

“Dəfələrlə Kərəm Mustafayevin qəbulunda olsaq da…” – MÜRACİƏT

Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri Qəsəbəsinin sakini Əliyev Rəşad Qulamalı oğlu tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil oub. Şikayətçi hərbi qulluqçu olmuş atasının iş başında olarkən qəzaya düşüb rəhmətə getdiyini, lakin ona şəhidlik statusu verilmədiyni bildirir:

“Mən, Babək rayon Cəhri Qəsəbə sakini Əliyev Rəşad Qulamalı oğlu, sizlərdən xahiş edirəm ki, mənim bu şikayətimi işıqlandırasınız.

Atam 1960-ci il təvəllüdlü Əliyev Qulamalı Müzəffər oğlu N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi çavuş vəzifəsində işləyərkən, 21.10.2006-cı ildə Ordubad rayonu “Böyük soyuq” deyilən döyüş bölgəsinə silah-sursat daşımaq üçün “Kamaz” markalı avtomobillə ezam olunmuşdur. Döyüş tapşırığını yerinə yetirərkən “Kamaz” markalı 96-72-AO nömrə nişanlı avtomobillə qəza törədərək, döş qəfəsinin əzilməsi nəticəsində hadisə yerində həlak olmusdur.

O gündən bu günə qədər biz atamızın haqqını ala bilmirik. Dəfələrlə korpus komandiri general-leytenant Kərəm Mustaveyin qəbulunda olsaq da, hələ də atama şəhidlik status ala bilmirik. Hər dəfə bizi başqa-başqa qurumlara yönləndirir və hərbçi ilə əlaqəsi olmayan qurumlara göndərirlər. Pulumuz və adamımız olmadığı üçün atama şəhidlik statusu verilmir”. //Hurriyyet.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir