Cəmiyyət Dünya

Daha iki MÜƏMMALI TENDER – İLGİNC

Bu gün Saatlı rayon İcra Hakimiyyəti Dövlət Satınalma Portalında iki tender müqaviləsi bağlandığı barəsində məlumat yerləşdirib.

Biri fiziki şəxs Teymurov Nəriman Lətif oğlu (VÖEN: 6700003712) ilə bağlanan (geyimlərin alınması müqaviləsi – məbləğ 8780.06 (səkkiz min yeddi yüz səksən manat, altı qəpik) AZN, digəri isə daha bir fiziki şəxs İsmayılov Elman Sahib oğlu (VÖEN: ilə bağlanmış “qida məhsullarının alınması” müqaviləsi – məbləğ 4102.7 (dörd min yüz iki manat, yetmiş qəpik) AZN.

“DogruXeber.az” bildirir ki, hər iki şəxsin vergi ödəyicisinin elektron nömrəsi (VÖEN) vasitəsilə barələrində ətraflı məlumat əldə etmək istədik. Lakin, hər iki şəxs barəsində əldə etdiyimiz yeganə məlumat, onların qeydiyyatda olduğu Vergi uçotu orqanının ünvanının Şirvan şəhər. Naxçıvan, ev 162 olduğunu öyrənməmiz oldu.

Müqavilələr barəsində isə ətraflı məlumat isə ümumiyyətlə portalda yerləşdirilməyib.
Bunun səbəbini öyrənmək məqsədilə, məlumatı dərc etmədən əvvəl, Saatlı rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlamağa çalışdıq. Təəssüf ki, dəstəyi qaldıran olmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir