Cəmiyyət Dünya

Gəncədən Türkiyəyə daha 5 TIR yardım yola salınıb

Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkən insanlara dəstək məqsədilə Gəncə şəhərindən, Qəbələ, Ağsu, Şəmkir və Goranboydan toplanan hümanitar yardımlar 5 TIR tipli yük maşını ilə yola salınıb.”Report”un Qərb bürosunun məlumatına görə, ümumi çəkisi 20 800 kiloqram olan hümanitar yardımın tez bir zamanda Bakı-Qazax-Gürcüstan magistral yolu ilə təyin olunmuş ünvana çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədilə hümanitar yardımların toplanması davam etdirilir.

Gəncədən Türkiyəyə daha 5 TIR yardım yola salınıb
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir