İdman

“Gent”in Bakıdakı oyun üçün iştirak ərizəsi bəlli olub

Belçika “Gent”inin Bakıda “Qarabağ”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün iştirak ərizəsi açıqlanıb.

“Zirvə yolu” klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Heyn Vanhazebrukun sərəncamında 19 futbolçu olacaq.

Onlardan 3-ü qapıçı, 5-i müdafiəçi, 6-sı yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qapıçılar: 1.Pol Nardi (Fransa), 33.Deyvi Rof, 26. Luis Fortin

Müdafiəçilər: 2.Cozef Okumu (Keniya), 5.Mişel Nqadye-Nqacui (Kamerun), 23.Cordan Torunariqa (Almaniya), 25.Nurio Fortuna (Portuqaliya), 31.Bruno Qodo

Yarımmüdafiəçilər: 7.Xönseok Xon (Cənubi Koreya), 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 17.Endryü Hülsager (Danimarka), 22.Seleyman Marre (Qambiya), 24.Sven Kums

Hücumçular: 10.Yens Petter Hauge (Norveç), 11.Uqo Kuypers, 19.Malik Fofana, 20. Gift Orban, 29.Loran Depuatr

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir