Kommersant.az xəbər verir ki, “Turan Bank” biznesmen müştərilərini itirib. Bankın son hesabatına görə, banka əmanət yerləşdirən fiziki şəxslərin depozitləri 1 il ərzində 70 milyon 273 min manat və ya 27.3% artaraq 327 milyon 904 min manata yüksəlib. Amma hüquqi şəxslərin bankdakı əmanəti 58 milyon 451 min manat və ya 36.6% azalaraq 101 milyon 370 min manata enib. Beləliklə, bank biznesmen müştərilərini əlində tuta bilməyib.
TuranBank | 2022 (IV Rüb) | 2021 (IV Rüb) | Fərq |
Depozit | 429.274 | 417.452 | 11.822 |
Fiziki şəxslərin depozitləri | 327.904 | 257.631 | 70.273 |
Hüquqi şəxslərin depozitləri | 101.370 | 159.821 | -58.451 |
“Turan Bank”ın Azərbaycan Mərkəzi Bankına (qısaca – AMB) olan borcu da 1 il ərzində 6 milyon 494 min manat artaraq 113 milyon 747 min manata yüksəlib. Bu da “Turan Bankı” AMB-yə borcunu artıran 4 bankdan biri edib.
Kommersant.az