İdman

AVF rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb

Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərib.

“Zirvə yolu” AVF-dən verilən məlumata görə xəbər verir ki, Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının oyununa təyinat alıb. O, Türkiyənin İstanbul şəhərində “Vakıfbank” və Polşanın “LKS Lodz” komandaları arasında keçiriləcək play-off matçında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Martın 1-də baş tutacaq qarşılaşmanın hakimləri isə macarıstanlı Halaş Tibor və rumıniyalı Visan Benonedir.

Qeyd edək ki, “Vakıfbank” və “LKS Lodz” klublarının ilk qarşılaşması Türkiyə klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir