Boqota və Limanın mərkəzi küçələrinə “Xocalıya ədalət” çağırışı əks olunan lövhələr yerləşdirilib
“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar 25 fevral tarixindən başlayaraq Kolumbiya və Perunun paytaxt şəhərləri Boqota və Limanın mərkəzi küçələrində yerləşən böyük və orta ölçülü lövhələrdə “Xocalıya ədalət” çağırışları əks olunub.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, löhvələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin təsviri, “Xocalı Soyqırımı 31 il”, “Xatırlayırıq” şüarları və “Xocalıya ədalət” kampaniyasının rəsmi internet səhifəsi təsvir olunub.
Adıçəkilən şəhərlərin sakinləri lövhələrdə yer almış “Xocalıya ədalət” kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırımı haqda ətraflı məlumat əldə edə bilir.