İdman

İbrahimoviç 280 günlük aradan sonra meydana çıxıb

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç 280 gündən sonra ilk dəfə meydana çıxıb.

“zirvə yolu” xəbər verir ki, bu, İtaliya A Seriyasının 24-cü turunun “Atalanta” ilə oyununda (2:0) baş verib. İsveçli futbolçu 74-cü dəqiqədə fransalı hücumçu Olivye Jirunu əvəzləyərək meydana çıxıb.

Xatırladaq ki, may ayında İbrahimoviç əməliyyat olunub, bundan sonra reabilitasiya prosesi keçib. 42 yaşlı hücumçu ötən mövsüm “rossonerilər”in heyətində 27 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Eyni zamanda, İtaliya “Milan”ında çıxış edən Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan yığmaları ilə oyunlar üçün İsveç millisinə çağırıla bilər.

Qeyd edək ki, “Milan” 47 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. “Atalanta”nın isə 41 xalı var, Can Pyero Qasperininin komandası altıncı yerdədir. Növbəti turda “Milan” səfərdə “Fiorentina” ilə oynayacaq, “Atalanta” isə “Udineze”ni qəbul edəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir