İdman

Ailton Silva: “Azərbaycana qayıda bilərəm”

“Azərbaycana qayıdaraq, karyeramı yenidən orada davam etdirə bilərəm”.

“Zirvə yolu” xəbər verir ki, bunu “Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Ailton Silva deyib.

Rusiyanın “Rodina” klubundan ayrıldıqdan sonra azad agent status daşıyan 28 yaşlı braziliyalı müdafiəçi hazırda bir neçə klubla danışıq apardığını, onlar arasında Azərbaycan təmsilçisi olduğunu etiraf edib: “Birgə işlədiyim menecerlik şirkəti bütün variantları nəzərdən keçirir. Onlardan öyrəndiyim qədərilə şifahi danışıq aparılan komandalar arasında Azərbaycan təmsilçisi də var. Klubsuz çox qalmaq istəmirəm. Yəqin ki, tezliklə yeni komandam bəlli olar”.

Qeyd edək ki, Ailton Silva 2015/2016 mövsümündə “Neftçi”nin, 2019/2020 mövsümündə isə “Qarabağ”ın formasını geyinib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir