Bakıda içərisində 5926 manat pul olan ödəmə terminalı oğurlanıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinin qarşısından içərisində 5926 manat pul olan ödəmə terminalının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Sanel Nəsirov və Sərxan Şıxıyev saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Araşdırma aparılır.