Ceyhun Bayramov: “Ermənistan danışıqlar masasına nə qədər tez qayıtsa, sülh prosesi üçün bir o qədər yaxşı olar”
“Ermənistan danışıqlar masasına nə qədər tez qayıtsa, sülh prosesi üçün bir o qədər yaxşı olar”.
“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
C.Bayramov qeyd edib ki, o, rusiyalı həmkarını sülh müqaviləsinin imzalanması məsələsində Ermənistanın qeyri-konstruktiv mövqeyini davam etdirməsi barədə məlumatlandırıb:
“Məlum olduğu kimi, Ermənistan danışıqların əvvəlindən mütəmadi olaraq sülh müqaviləsinin imzalanmasına mane olurdu. Bu proses çərçivəsində Ermənistan tərəfinin daim yaratdığı müxtəlif maneələri müşahidə etdik. O, ilkin mərhələdə bəzi ideyalar ortaya atmış, bu müqaviləyə çərçivə sənədi xarakteri verməyə, danışıqların mahiyyətindən çıxmağa çalışırdı. Ermənistan tərəfi hətta Rusiyada sülh müqaviləsinin müzakirəsində iştirakdan belə imtina etmişdi”.