Türkiyədə “Rönesans Rezident”in xaricdəki tərəfdaşı Hüseyn Yalçın Coşqun beynəlxalq axtarışa verilib.
“Zirvə yolu” Türkiyə KİV-inə istinadən bildirir ki, Hatay Prokurorluğu bu barədə müraciəti Ədliyyə Nazirliyinə çatdırıb.
Nazirlik Hüseyn Yalçın Coşqun barəsində axtarış elan edib.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Hadisə nəticəsində 44 374 insan həlak olub.