Dünya Manşet

Rusiyada miqrantların qalma müddəti ildə 90 günə endirilir

Əcnəbilərin Rusiyada qısamüddətli qalma müddəti təqvim ili ərzində 90 günlə məhdudlaşdırıla bilər.

“Zirvə yolu” xəbər verir ki, bu barədə TASS-a qurumun müvafiq sorğusuna cavab olaraq Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

“Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına giriş (çıxış) və qalma (yaşayış) şərtləri haqqında” federal qanun layihəsi xarici vətəndaşların Rusiya ərazisində qısamüddətli qalmasının təqvim ili ərzində 90 gün müddətinin müəyyən edilməsini nəzərdə tutur”, – agentliyin həmsöhbəti bildirib.

Daxili İşlər Nazirliyi qeyd edib ki, uzunmüddətli qalmaq hüququ olan əcnəbilər (tələbələr, əmək miqrantları) üçün qalma müddəti belə hüququn əldə edilməsinin əsaslarından asılı olaraq müəyyən ediləcək.

Mövcud qanunvericiliyə görə, Rusiyaya viza tələb etməyən qaydada gələn əcnəbi vətəndaşların ölkədə müvəqqəti qalma müddəti hər 180 gün (altı ay) ərzində ümumilikdə 90 gündən çox ola bilməz. Bu kateqoriyadan olan əcnəbilərin Rusiyada daimi müvəqqəti qalma müddəti də 90 gündən çox ola bilməz.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir