Azərbaycan Atıcılıq Federasiyası (AAF) milli komandanın qarşıdakı beynəlxalq oyunlara hazırlığını təmin etmək və yüksək səviyyəli atıcılar hazırlamaq məqsədilə beynəlxalq dərəcəli baş məşqçilər və məşqçilərlə anlaşıb.
Qurumdan verilən məlumata görə xəbər verir ki, güllə atıcılığının tüfəng növü üzrə baş məşqçi 53 yaşlı serbiyalı Nemanya Mirosavlyev olacaq.
O, karyerası ərzində beş Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında iştirak edib, 50 metr və 10 metr məsafəyə güllə atıcılığından yüksək nəticələr göstərib.
Stend atıcılığında səngər növü üzrə baş məşqçi funksiyasını Ali Emre Güray yetirə yetirəcək. Türkiyəli mütəxəssis ölkəsinin yığmasının məşqçisi olub.
Yığma komandadan əlavə, atıcı yetişdirmək üçün AAF 4 beynəlxalq məşqçi ilə də müqavilə imzalayıb. Vasiliy Mosin, Mert Nalband, Yavuz İlnam, Edin Faziliya Azərbaycanda məşqçi kimi fəaliyyətə başlayıb, müxtəlif növlər üzrə atıcıların hazırlığı ilə məşğul olacaqlar.