Milli Məclisin növbəti plenar iclası fevralın 24-də keçiriləcək
Milli Məclisin yaz sessiyası üçün növbəti plenar iclası fevralın 24-də keçiriləcək. “Zirvə yolu”nun xəbərinə görə, bunu qanunverici orqanın sədri Sahibə Qafarova parlamentin fevralın 17-də keçirilən plenar iclasında deyib. O bildirib ki, iclasın gündəliyi yaxın zamanda açıqlanacaq.
Naxçıvanda yaşayış binasında baş verən yanğın söndürülüb – YENİLƏNİB-2
Naxçıvanda yaşayış binasında baş verən yanğın söndürülüb. “Zirvə yolu”nun xəbərinə görə, hazırda binada soyutma işləri aparılır. İlkin ehtimala görə, yanğın elektrik xətlərində olan qısaqapanma nəticəsində baş verib. 16:55 Fövqəladə Hallar Nazirliyi Naxçıvandakı yanğınla bağlı məlumat yayıb. “Zirvə yolu” bu barədə FHN-dən…
Azərbaycan Prezidenti: “Orta və uzunmüddətli perspektivdəki hədəf Cənub Qaz Dəhlizinin genişləndirilməsidir”
“Ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir”. “Zirvə yolu” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxen Təhlükəsizlik…



