Month: Fevral 2023

Əqli Mülkiyyət Agentliyi “Heydər Əliyev ili” ilə əlaqədar tədbirlər planı hazırlayıb

“Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı tədbirlər Planı” çərçivəsində Əqli Mülkiyyət Agentliyi tərəfindən keçiriləcək tədbirlərin təqvim planı hazırlanıb. “Zirvə yolu” bu barədə qurumun Mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir. Təqvim planına uyğun olaraq ulu öndərin…

Azərbaycanlı xilasedicilər Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün çadır şəhərciyi qurub

Azərbaycanın xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkmiş insanlar üçün 760 çadır qurub. “Zirvə yolu” Türkiyə KİV-inə istinadən xəbər verir ki, Kahramanmaraş Sütçü İmam Universitetinin ərazisində qurulan çadır şəhərciyində Azərbaycan könüllüləri tərəfindən səyyar sobalarda yeməklər bişirilir və paylanılır. Azərbaycanın Fövqəladə Hallar…

Zaxarova: “Lavrov Azərbaycana səfər etməyi planlaşdırır”

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri üzərində iş gedir”. “Zirvə yolu”nun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib. “Təfərrüatları səfər razılaşdırıldıqdan sonra açıqlayacağıq”, – o bildirib.