İdman

“Atletiko”nun müdafiəçisi 8 ay oynamayacaq

İspaniyanın “Atletiko” (Madrid) klubunun futbolçusu Reynildu Mandava 8 ay yaşıl meydanlardan kənarda qalacaq.

“Zirvə yolu” “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, buna 29 yaşlı müdafiəçinin “Real Madrid”lə 1:1 hesablı heç-heçə etdikləri La Liqanın XXIII tur matçında zədələnməsi səbəb olub.

Müayinədən sonra oyunçunun sağ dizindən ciddi xəsarət aldığı müəyyən edilib. Fevralın 26-da əməliyyat olunan futbolçu həkimlərin rəyinə əsasən, 7-8 ay sonra zədəsini bərpa edəcək.

Qeyd edək ki, Reynildu Mandava 2022-ci ilin əvvəlində Fransa “Lill”indən Madrid təmsilçisinə keçib. Onun klubla sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub. Mozambikli müdafiəçi cari mövsüm La Liqada 22 qarşılaşmada meydanda olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir