Hüseyn Büyükfıratın dostu Azərbaycan dövlətinə borcundan cəmi 1000 manat ödəyə bilib – FOTOFAKT
Xəbər verdiyimiz kimi, ötən ilin oktyabr ayında Türkiyənin Azərbaycandakı daha bir məşhur şirkətinin dövlətə vergi borcu üzə çıxıb.
32gun.az-ın məlumatına görə, ötən il dövlətə 61 min manatdan çox (61678.93 AZN) vergi borcu yığılan şirkətin bu aykı borcu 60 min manatdır (59978 AZN).
Maraqlısı isə bundadır ki, bu borcun üzərindən yarım il keçməsinə baxmayaraq şirkət dövlətə cəmi 1000 manat ödəniş edə bilib.
Qeyd edək ki, 15.08.2007 ci il tarixində dövlət qeydiyyatına alınan şirkətin rəhbəri Lokman Biterdor.
Saytımızda verilən məlumatda iddia edilir ki, Lokman Biter ilə “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi , Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat yaxın dostdurlar.
Lokman Biter sözügedən ictimai birlikdə sədr müavinidir.(32gun.az)