İdman

“Olimpik Şəki”nin basketbolçusu: “NBA çempionunun oğlu olmaq çox gözəldir”

“Məncə, NBA çempionunun oğlu olmaq çox gözəldir. Atamın ən yaxşı basketbolçu olmaq üçün hər gün çox çalışdığını görmək mənim üçün ruhlandırıcı və həvəsləndirici idi”.

Bunu “Zirvə yolu”na müsahibəsində “Olimpik Şəki” basketbol klubunun üzvü Lari Robinson deyib.

1993/1994 mövsümündə “Hyuston Rokets”in heyətində Milli Basketbol Assosiyasının (NBA) qalibi olmuş Lari Robinsonun oğlu kiçik Lari qeyd edib ki, atasından mümkün qədər çox şey öyrənməyə çalışır: “Bütün bunların fonunda mən yalnız özüm olmağa və atam kimi təkcə ölkə xaricində deyil, həm də NBA-da özüm üçün miras yaratmağa çalışıram. Bu, mənə motivasiya verir. Çünki atam mənim çatmağa çalışdığım yerdədir. Atam bunun üçün nə lazım olduğunu yaxşı bilir. Bu, eyni zamanda sizi məqsədli olmağa vadar edir. Hər oyunda rəqabətə hazır olmalısan və mən də buna çalışıram”.

Basketbolçu atası ilə tez-tez əlaqə saxladığını, onun Azərbaycan çempionatını izlədiyini də bildirib: “Demək olar ki, hər gün danışırıq. Mənə kömək etmək üçün çoxlu məsləhət verir. Harada olmasından asılı olmayaraq, istənilən çempionluq şərəfdir. Atamın bir neçə liqada oynamaq şansı olub. Eləcə də mənim. Hesab edirəm ki, çempionluq uğrunda mübarizə aparan hər kəs buna böyük iş kimi baxır”.

Öz nəslinin üçüncü Larri Robinsonsunu olan və atası ilə yanaşı, babasının da bu ad-soyadı daşıdığı ilə bağlı sualı da cavablandıran idmançı adının tarixçəsi haqqında da danışıb: “Bu, mənim üçün çox vacibdir. Bu adı qəbul etməklə əvvəlki nəsillər kimi standarta sadiq qaldım”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir