İqtisadiyyat Manşet

Azərbaycanda ilk dəfə elektrikli avtomobillərin sərgisi keçiriləcək

Bakıda martın 12-14-də tarixlərindəı ilk dəfə olaraq elektrikli avtomobillərinin sərgisi keçiriləcək.

“Zirvə yolu” Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına (AADA) istinadən xəbər verir ki, “Auto Eko 2023” adı altında avto-şou çərçivəsində ən yeni modellərin rəsmi premyeraları gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə keçirilən sərginin məqsədi: Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqi, elektromobil texnologiyalı ən yeni modellərin nümayişi, ətraf mühitin qorunmasına cəmiyyətin diqqətinin cəlb edilməsi, gənclərdə müasir texnologiyalara, texniki idman növlərinə marağın artırılması, bayram ərəfəsində Bakı sakinlərinin və qonaqlarının mənalı asudə vaxtının təşkilidir.

Sərginin rəsmi açılışı martın 12-də saat 12.00-da olacaq. Bu zaman bütün elektromobillər örtüklə örtüləcək. İştirakçılar mini-prezentasiyalar, brifinqlər keçirəcəklər. Tamaşaçılar üçün əyləncəli şou-proqramlar da təşkil olunacaq. Xüsusi təşkil olunmuş zonada “Need for Speed” kiber-disiplini üzrə tamaşaçılar arasında birincilik keçiriləcək və qaliblər mükafatlandırılacaq. Bundan əlavə avtomobil sahəsində öz biliyinə güvənən qonaqlar müxtəlif uduşlu müsabiqələrdə iştirak edə biləcəklər.

Qeyd edək ki, “Azərbaycan-28 May” birinci avtomobil yürüşü hələ 1999-cu ildə təşkil olunmuşdu. Ölkədə ilk avtomobil sərgiləri – “Caspian Motor-Show” və “Caucasus Motor-Show” AADA-nın layihələridir və 2002-ci ildən keçirilir. Təşkilat bu gün öz missiyasını Azərbaycanda avtonəqliyyat sektorunun inkişafı, sivil avtomobil biznesinin bərqərar olması, ölkənin avtomobil parkının cavanlaşması, yollarda təhlükəsizliyin yüksəlməsi və ümumi ekoloji mühitin sağlamlaşmasına yardım etməkdə görür.

Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilib. Bu proqram çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün bir sıra tədbirlərin təşkilini AADA öz qarşısına vəzifə qoyub. Ötən il assosiasiya hibrid və elektromobillərin iştirakı ilə “Yaşıl ölkə” adlı ilk ekoloji avtomobil yürüşünü gerçəkləşdirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir