İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Anexs” MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
“Zirvə yolu” bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Hikmət Səfail oğlu İmanovdur.