Xəbər

Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi – Belə də olurmuş…

Yasamal Rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənov qurumun hüquq şöbəsinin müdiri İsrəfilov Ramin Rəhman oğlunu vəzifəsindən azad edib.

Zirveyolu.info  bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Elşad Həsənovun digər əmri ilə bu vəzifəyə Məmmədov Orxan Fərmayıl oğlu təyin olunub.

Qeyd edək ki, Orxan Məmmədov bir neçə gün əvvəl Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun müvafiq əmri ilə hüquq şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

Orxan Məmmədov Cəbrayıl RİH-in hüquq şöbəsinin müdiri vəzifəsində çalışarkən barəsində KİV-lərdə çox sayda tənqidi materiallar dərc edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir