İqtisadiyyat Manşet

Sabah AEBA rəhbəri uranı zənginləşdirməsi fonunda İrana səfər edəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi sabah, martın 3-də Tehrana səfər edəcək.

“Zirvə yolu” “Fars”a istinadən xəbər verir ki, R. Qrossinin martın 4-də İran rəsmiləri, o cümlədən Prezident İbrahim Rəisi ilə görüşəcəyi gözlənilir.

Məlumata görə, onlar “müxtəlif məsələləri” müzakirə edəcəklər, təfərrüatlar verilməyib.

Fevralda məlum olduğu kimi, AEBA müfəttişləri İranın uranın 84 %-dək zənginləşdirilməsinə nail olduğunu və onda nüvə bombası yaratmaq üçün lazım olan səviyyəyə çox az qalıb. AEBA Tehranın hərəkətlərinin qəsdən olub-olmadığını hələ aydınlaşdırmalıdır. İran hələ də uranı 60 %-dən yuxarı zənginləşdirməyə cəhd etmədiyini iddia edir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir