İtaliyanın Florensiya şəhərinin “Artemio Franki” stadionunda İtaliya A Seriyasının 25-ci turunun oyunu keçirilib.
“Zirvə yolu” xəbər verir ki, yerli “Fiorentina” ilk dördlük uğrunda mübarizə aparan “Milan”la qarşılaşıb.
Marko Di Bellonun final fiti meydan sahiblərinin 2:1 hesablı qələbəsini müəyyənləşdirib.
49-cu dəqiqədə 11 metrlik zərbəni “Fiorentina”nın hücumçusu Nikolas Qonzales qola çevirib. 87-ci dəqiqədə Dodonun ötürməsindən Luka Yoviç komandasının ikinci qolunu vurub. Artırma dəqiqələrdə “Milan” Teo Hernandesin səyi nəticəsində hesabdakı fərqi minimuma endirib, lakin bu, “rossoneri”lərə məğlubiyyətdən xilas etməyib.
Qeyd edək ki, oyun 13-cü dəqiqədə 2018-ci il martın 4-də dünyasını dəyişən “Milan”ın yetirməsi və “Fiorentina”nın sabiq kapitanı David Astorinin xatirəsinə dayandırılıb.
Xatırladaq ki, “Fiorentina” 31 xalla 12-ci yerdədir. “Milan” 47 xalla dördüncü pillədə qərarlaşıb.