İdman

“Leyptsiq”in futbolçusu Azərbaycan millisi ilə oyunu buraxacaq

Almaniyanın “Leyptsiq” klubunda çıxış edən Avstriya yığmasının futbolçusu Ksaver Şlager Azərbaycan millisinə qarşı AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.

“Zirvə yolu”nun məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi Dortmundda “Borussiya”ya 1:2 hesabı ilə uduzduqları Bundesliqanın XXIII tur matçında zədələnib.

Sağ topuğundan ciddi xəsarət alan təcrübəli oyunçunun əməliyyat olunacağı və mövsümün qalan hissəsində meydana çıxmayacağı bildirilib.

Qeyd edək ki, Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsində martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir