AMEA-nın vitse-prezidenti: “Azad edilmiş ərazilərdə biomüxtəlifliyin qorunması üçün ciddi tədbirlər görülür”
“Azərbaycan azad edilmiş ərazilərdə biomüxtəlifliyin qorunması üçün ciddi tədbirlər görür”.
“Zirvə yolu” xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən səkkizinci iclasında deyib.
Onun sözlərinə görə, ermənilər 30 illik işğal dövründə Azərbaycan ərazilərini ekoloji genosidə məruz qoyub və bu da biomüxtəlifliyə ciddi ziyan vurub: “Biomüxtəliflik Azərbaycan üçün aktual məsələlərdən biridir. Biomüxtəlifliyin qorunması daim dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə Azərbaycanda çox mühüm qanunlar, qərarlar qəbul olunub”.