Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan silsilə tədbirlər davam edir.
“Zirvə yolu” Federasiyadan verilən məlumata görə xəbər verir ki, bu dəfə Azərbaycan və Malayziya şahmatçıları arasında dostluq görüşü keçirilib.
Ölkənin Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudovun təşəbbüsü ilə reallaşan onlayn oyun Azərbaycan komandasının 4,5:3,5 hesablı qələbəsi ilə bitib.
Yarışda Azərbaycanı Fərid Orucov, Tunar Davudov, Səmra Qasımova və Xanım İsmayılova təmsil ediblər.
Ən yaxşı nəticə İsmayılovaya məxsus olub. Şahmatçı hər iki görüşündə qələbə qazanıb.