“Premyer Liqada klubların sayının artırılması gündəmdə deyil”.
“Zirvə yolu” xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun İcraiyyə Komitəsinin iclasından sonra deyib.
O, mövsümün sonunda bir komandanın elitanı tərk edəcəyini vurğulayıb: “Bu il bir komanda Premyer Liqanı tərk edəcək. Ona görə komandalar bunu diqqətdə saxlamalıdırlar. I Diviziondan bir kollektiv idman prinsipləri qorunaraq əsas dəstəyə gələcək”.