İdman

Azərbaycan Premyer Liqasında iştirak edən klubların əvəzedici heyətləri arasında çempionat bərpa edilib

2023/2024 mövsümündən I Divizionda Premyer Liqanın əvəzedici komandaları iştirak etməyəcək.

“Zirvə yolu” xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun İcraiyyə Komitəsinin iclasından sonra deyib.

O, əvəzedicilərin çempionatının bərpa ediləcəyini söyləyib: “I Divizionda 10 komandanın iştirakı planlaşdırılır. Dövlət tərəfindən həmin klublara dəstək də olunacaq. Birinci Diviziondakı 10 komandaya 3 milyon vəsait ayrılacaq”.

Baş katib əlavə 4 komandanın I Divizona gələcəyini diqqətə çatdırıb: “Füzuli”, “Difai” və bir neçə komanda aşağı dəstədə iştirak üçün müraciət edib”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir