Bakının Səbail rayonunda gənc oğlanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Zirvə yolu”nun məlumatına görə, 2001-ci il təvəllüdlü Nurlan Əsədli idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.