Cəmiyyət

Göyçayda itkin düşən 73 yaşlı kişinin meyiti tapılıb – YENİLƏNİB

Göyçay rayonunda itkin düşən 73 yaşlı kişinin meyiti tapılıb.

“Zirvə yolu” xəbər verir ki, onun meyiti kəndin kənarından keçən su kanalından aşkarlanıb.

Meyitin sudan çıxarılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

14:34

Göyçay rayonunda 73 yaşlı kişi itkin düşüb.

“Zirvə yolu” xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1950-ci il təvəllüdlü Məmmədov Mövlan Süleyman oğlu martın 6-da səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Ailə üzvləri onun itkin düşməsi ilə bağlı Göyçay Rayon Polis Şöbəsinə məlumat veriblər.

Onun kənd ərazisindən keçən su kanalına düşdüyü ehtimal olunur. Hazırda kanalda axtarış-xilasetmə işləri aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov “Report”un sorğusuna cavab olaraq bildirib ki, polis və prokurorluq əməkdaşları hazırda hadisə yerindədir.

Qeyd edilib ki, M.Məmmədovun tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir