Azərbaycan könüllüləri Türkiyədə Sümeyye Ərdoğanla birgə zəlzələdən zərərçəkən qadınlara hədiyyələr təqdim edib
Azərbaycan könüllüləri qardaş Türkiyədə 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə çadır şəhərciklərində yaşayan qadınlara hədiyyələr təqdim edib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycanın Gənclər Fondundan məlumat verilib.
Bildirilib ki, hədiyyələrin təqdim olunması zamanı Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğan da könüllülərə qoşulub.
Qeyd edək ki, Azərbaycan könüllüləri artıq 1 aya yaxındır ki, Türkiyənin zəlzələ baş vermiş bölgələrində könüllü fəaliyyəti çərçivəsində zərərçəkmiş şəxslərə qida, geyim, dərman, gigiyenik vasitələr və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir və digər dəstəkverici xidmətləri göstərirlər.