Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatında çıxan müsahibəsinə aydınlıq gətirib.
“Zirvə yolu” xəbər verir ki, 67 yaşlı mütəxəssis açıqlamasında fikirlərinin təhrif olunduğunu bildirib.
“Mən heç bir KİV-ə hazırkı müqaviləmin müddəti bitdikdən sonra sözləşməni uzatmayacağımı deməmişəm. Söylədim ki, dekabrın 1-dək müqaviləm var və bu, bitdikdən sonra AFFA ilə gələcək əməkdaşlığı müzakirə edəcəyəm. Yalnız bundan sonra mənim yığmanın sükanı arxasında qalıb-qalmayacağım bəlli olacaq”, – deyə De Byazi vurğulayıb.
Qeyd edək ki, Canni De Byazi İtaliya mətbuatına müsahibə vermişdi.