Futzal üzrə DÇ-2024-ün əsas mərhələsinin qrup oyunlarına yekun vurulub.
“Zirvə yolu”nun məlumatına görə, son matçların ardından elit-raunda birbaşa vəsiqə qazanan 16 komanda, eləcə də əsas mərhələnin pley-off matçlarında iştirak edəcək 8 yığma müəyyənləşib.
Öz qrupunda 9 xalla ikinci olan Azərbaycan millisi də elit-raundda iştirak edəcək.
Elit-raunda birbaşa yüksələn komandalar: AZƏRBAYCAN, Xorvatiya, Finlandiya, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Slovakiya, Ermənistan, İspaniya, Ukrayna
Əsas mərhələnin pley-off mərhələsində iştirak edəcək komandalar: Belçika, Çexiya, Almaniya, Macarıstan, Litva, Moldova, İsveç, Niderland
Qeyd edək ki, elit-raundun püşkü bu il iyulun 5-də atılacaq. Qrup oyunları isə dekabrın 20-dək yekunlaşacaq. Bu mərhələnin pley-off oyunlarının püşkü gələn il yanvarın 25-də, oyunları isə 8-17 apreldə keçiriləcək.
Elit-raundda ümumilikdə 20 komanda mübarizə aparacaq. Komandalar 5 qrupa bölünəcək və hər qrupda 4 iştirakçı yer alacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. 4 ən yaxşı qrup ikincisi isə pley-off oyununda üz-üzə gələcək və onlardan ikisi həlledici mərhələdə (Avropa üzrə cəmi 7 komanda) iştirak edəcək.